Koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tətbiq olunan karantin rejimi Təhsil sektoruna da öz təsirini göstərdi. Lakin Təhsil Nazirliyi tərəfindən çevik addımlar atıldı. Azərbaycan bölməsində, daha sonra isə rus bölməsində teledərslərə start verildi. Aprelin 29-da teledərslərin 1000-ci buraxılışı efirə gedəcək.

Bu sözləri aprelin 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir qeyd edib ki, təhsil sahəsində görülən bu tədbirlər koronavirus pandemiyasının təhsil sisteminə mənfi təsirlərinin qarşısını aldı.